SON XƏBƏRLƏR

Sel fəlakəti davam edir. Loristanda daha 1 nəfər suda batıb, Xuzistanda isə 11 kənd əhalidən boşaldılıb - FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
 Sel fəlakəti davam edir. Loristanda daha 1 nəfər suda batıb, Xuzistanda isə 11 kənd əhalidən boşaldılıb - FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünazTV: İki həftədir intensiv yağan yağışlar nəticəsində İranın müxtəlif əyalət və bölgələrində baş verən daşqın və sel fəlakəti davam edir.

 

Xürrəmabad Yanğınsöndürmə Təşkilatının icraçı direktoru Həmid Əlirzayi martın 31-də jurnalistlərə açıqlamasında Loristan əyalətində sel və daşqın qurbanlarının sayının artmasından xəbər verib. O bildirib ki, təbii fəlakət nəticəsində Xürrəmabadın Kəhriz kəndində daha 1 uşaq çaya düşərək suda boğulub. Uşağın meyitinin tapılması üçün axtarışların davam etdirildiyi bildirilir.

 

Həmçinin Xuzistan ostandarı Qulamrza Şəriəti martın 30-da mediaya açıqlamasında əyalətdə fövqəladə vəziyyətin elan olunmasından, böhrana nəzarət qərargahına üzv bütün təşkilatların işçilərinin hazır vəziyyətə gətirilməsindən xəbər verib. Bildirilir ki, ciddi sel və daşqın təhlükəsi ilə üz-üzə qalan 11 kəndin əhalisi başqa yerlərə köçürülüb.

 

İran Meteorologiya Təşkilatı martın 31-də bəyanat yayaraq, yağıntıların qarşıdan gələn günlərdə də davam edəcəyindən xəbər verib verib. Həmçinin baş verə biləcək, daşqın və sel ilə bağlı ölkənin 20 əyalətinin əhalisinə xəbərdarlıq edilib.

 

 

Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 47 nəfər həlak olub, yüzlərlə insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində yüzlərlə kəndə xeyli ziyan dəyib.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar