SON XƏBƏRLƏR

Senat Trampın İrana qarşı hərbi addımlarını məhdudlaşdıran qətnaməni qəbul edib

2021.10.20, 07:36
Senat Trampın İrana qarşı hərbi addımlarını məhdudlaşdıran qətnaməni qəbul edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Senatı prezidentin Konqresin icazəsi olmadan İrana qarşı hərbi addımlar atmaq hüququnu qadağan edən qətnaməni qəbul edib.

 

Qətnamə prezidenti Konqresin müharibə elan etmədiyi və ya hərbi qüvvələrdən istifadə ilə bağlı icazə vermədiyi təqdirdə, ABŞ prezidentindən ordunu İranla müharibəyə sürükləməkdən çəkinməsini tələb edir.

 

Qətnamə paralel adlanan qanun layihələri kateqoriyasındandır. Buna görə də, Konqresin hər iki palatasında qəbul edildikdən sonra imzalamaq üçün prezidentə təqdim edilməyəcək və Amerikanın digər qanunları kimi, icra edilməlidir. 

 

Qətnamə ötən gün Senatda 55 lehinə, 45 əleyhinə səs olmaqla qəbul edilib. Bundan bir müddət öncə isə sözügedən sənəd Nümayəndələr Palatasında qəbul edilmişdi.  

 

Qətnamənin müəllifi olan demokratlar 8 respublikaçı senatoru da öz fikirləri ilə razı salmağı bacararaq, onun Senatda da təsdiqlənməsinə nail oldular.

 

Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell ötən gün irəli sürülən həmin qətnaməyə qarşı çıxıb. O qeyd edib ki, qətnamənin məqsədi Konqresin icazəsi olmadan uzun müddətli müharibələr üçün minlərlə amerikalı hərbçinin müəyyən coğrafiyada yerləşməsinin qarşısını almaq olduğundan, o, müharibə səlahiyyətləri qanunu ilə ziddiyyət təşkil edir.

 

Beləliklə, qətnamənin hər iki palatada qəbul edilməsi o deməkdir ki, Donald Tramp İranla müharibə başlatmaq üçün bundan sonra Konqresdən icazə almalı olacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar