GünazTV: İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərində qətldə günahlandırılan daha 1 məhkum edam edilib.
İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə baş verən davada qətl törətdiyinə görə edama məhkum edilən Dehqolan şəhər sakini, 28 yaşlı məhkum Keyvan Allahmuradi, aprelin 27-si sübh saatlarında Sənəndəc zindanında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə hr hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.
A.M