SON XƏBƏRLƏR

“Sepah” 6 “Pjak”yaraqlısını öldürdüyünü bildirib

2021.10.20, 07:36
“Sepah” 6 “Pjak”yaraqlısını öldürdüyünü bildirib

Gunaz.tv

GünAzTV: İranın Kürdüstan əyalətinin Mərivan şəhərində, sərhəd zonasına yaxın bir məntəqdə “Sepah” qüvvələrinin pusqusuna düşən PKK terror təşkilatının İran qanadı olan “Pjak”ın 6 yaraqlısı öldürülüb. Bu barədə “Sepah”ın “Həmzə” qərargahı sentyabrın 7-də bəyanat yayıb.

 

Bəyanatda hadisənin baş verdiyi tarix açıqlanmasa da, bildirilir ki, yerli “Sepah”çılar, “Pjak” yaraqlılarına pusqu quraraq, keçirdikləri “dəqiq və mürəkkəb bir əməliyyatda” onlardan 6-sını öldürüblər. Bəyanatda qeyd edilir ki, öldürülən “Pjak”çılar, bu ilin iyun ayında “Sepah”ın yerli qərargahına qarşı hücumda 11 “Sepah”çınının qətlə yetirilməsində günahlandırılırlar.

 

Bildirilir ki, “Sepah” qüvvələrinin hücumunda həmçinin bir neçə yaraqlı kürd bədən xəsarəti almış, qalanları da hadisə yerindən qaça biliblər.

 

Bəyanatda “Sepah”çıların mümkün itkiləri barədə hər hansı bir məlumat verilməyib.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar