SEPAH-a bağlı sayt yoxsul azərbaycanlılara həqarət etdi: "Onlara qarşı sərt tədbirlər görülməlidir"

2021-06-03 13:05

İranın təhlükəsizlik təşkilatına bağlılığı ilə tanınan “ANAC” saytı “Əndirayn” qızıl mədəni ətrafında məşğul olan güney azərbaycanlıları təhqir edib.

Gunaz.tv Quote | Gunaz article

Sayt yoxsulluq üzündən mədəndə çalışan soydaşlarımızı "qaçaqçı" adlandırıb, təhlükəsizlik və polis qüvvələrindən onlara qarşı sərt tədbirlər görməyə çağırıb.

"Bundan öncə Şərqi Azərbaycan əyalətinin təhlükəsizlik idarəsinin başçısının Vərziğan qızıl mədəni ətrafında qanunsuz çalışanlara xəbərdarlığına baxmayaraq, bu problem həll olunmamış qalıb”-deyə, sayt yazıb.

Güney Azərbaycan mədənlərinin fars və rus iş adamları tərəfindən talanmasına, mədənlərin ətrafında yaşayan əhalinin səfil həyatından bir kəlmə də yazmayan sayt kasıb insanları günahlandırıb.

ETTELAAT və SEPAH-ın nəzarətində olan sayt yerli əhalini qızıl yataqları zolaqları məhv etməkdə günahlandırır və bunun qarşısının alınmayacağı təqdirdə böhran yaşanacağını iddia edir.

Ötən həftə Güney Azərbaycanın Vərziğan bölgəsinin İran İslami Şura Məclisindəki nümayəndəsi və parlamentin Sənaye və Mədən Komisiyasının üzvü Allahverdi Dehqani Əndiryan qızıl mədəninin hazırkı vəziyyətini tənqid edib.

"Deyilənə görə mədəni 20 illiyinə alan şəxs rus əsilli Gürcüstan vətəndaşıdır. Onun Rusiyada iflasa uğramış iş adamı olduğu ehtimal edilir”-deyə, o, mayın 26-ı mətbuat nümayəndələrinə açıqlamasında deyib.   

Qeyd edək ki, təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir.
 
Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. 

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. 

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə zəhərlənmiş olur.


 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24