SON XƏBƏRLƏR

“Sepah” Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib-VİDEOLAR

2021.10.20, 07:36
“Sepah” Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib-VİDEOLAR

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatı yanvarın 8-i sübh saatlarında Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, Amerika hərbi qüvvələrinin yerləşdiyi “Eynül Əsəd” hərbi bazası və İraq Kürdüstanının Ərbil şəhərində yerləşən daha bir bazası hədəfə alınıb.

 

Amerikanın İraqdakı hərbi bazalarına hücum, “Sepah”ın “Qüds” briqadasının bir neçə gün əvvəl Bağdadda öldürülmüş keçmiş komandanı Qasım Süleymaninin gecə saatlarında Kirmanda dəfn olunmasından bir neçə saat sonraya təsadüf edib.

 

Raket hücumundan az sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan hər bir ölkə islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

“Sepah”ın İran ərazisindən Amerikanın İraqdakı hərbi bazalarına həyata keçirdiyi raket hücumlarının fəsadları, eləcə də Amerika hərbi qüvvələrinin mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu, ABŞ hava qüvvələrinin raket hücumunda məhv edilib.

 

 

 

VIDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar