SON XƏBƏRLƏR

«SEPAH» BÜTÜN ÖLKƏ ÜZRƏ AYRICA KOMANDANLIQLAR YARADIB

2021.10.20, 07:36
«SEPAH» BÜTÜN ÖLKƏ ÜZRƏ AYRICA KOMANDANLIQLAR YARADIB

Gunaz.tv
2008-06-30 - 20:27:00 İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») komandanı Məhəmmədəli Cəfərinin qurumda böyük dəyişikliklər olacağı haqda ötən həftə verdiyi vəd özünü doğruldub. «Media forum» saytının məlumatına görə, son günlər Tehranın «Seyyidülşühəda», Təbrizin «31 Aşura», Gilanın «Qüds», Qəzvinin «Sahibüləmr», Qumun «Əli ibn Əbitalib» diviziyaları və Şimali Xorasanın «Cəvadüləemme» briqadasının komandanları dəyişdirilib. «Sepah» baş komandanının canişini Məhəmməd Hecazi jurnalistlərə açıqlamasında bu dəyişikliklərin İranın dini rəhbəri ayətullah Əli Xamneyinin əmri ilə baş verdiyini deyib. M.Hecazi onu da vurğulayıb ki, «Sepah» komandanının əmri ilə ölkənin 31 bölgəsində qurumun ayrıca komandanlıqları yaradılıb. Əyalət komandanlarının adları bir həftə sonra açıqlanacaq. İlk komandanlığın Şərqi Azərbaycan əyalətində - «Aşura ordusu» adı ilə yaradıldığı bildirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar