SON XƏBƏRLƏR

“Sepah”da yeni təyinat. Məhəmməd Hüsenzadə Hecazi “Qüds” briqadası komandanının canişini vəzifəsinə təyin edilib

2021.10.20, 07:36
“Sepah”da yeni təyinat. Məhəmməd Hüsenzadə Hecazi “Qüds” briqadası komandanının canişini vəzifəsinə təyin edilib

Gunaz.tv

GünazTV: Yanvarın 20-də “Sepah” terror təşkilatının baş komandanının sərəncamı ilə Məhəmməd Hüseynzadə Hecazi “Qüds” briqadası komandanının canişini vəzifəsinə təyin edilib.

 

Bundan əvvəl “Sepah”ın müxtəlif bölmələrində, o cümlədən də “Bəsic” təşkilatında fəaliyyət göstərən Məhəmməd Hüseynzadə Hecazi, həm də vaxtilə “Sepah”ın raket istehsalı proqramının həyata keçirilməsində əsas rol oynayan şəxslərdən biri olub.

 

Məhəmməd Hüseynzadə Hecazi, həmçinin 2009-cu ildə İrandakı “yaşıl hərəkat” zamanı, prezident seçkilərinin saxtalaşdırılmasına qarşı ölkənin bütün şəhərlərində rejimə qarşı baş verən kütləvi etirazların qəddarlıqla yatırılmasında əsas rol oynamış “Sepah” rəsmilərindən biridir. O, həmin vaxt ölkə əhalisinə qarşı həyata keçirilən qanlı repressiyalar zamanı, Tehranın “Sarəllah” qərargahının məsulu olub.

 

Hecazi, İranda insan hüquqlarının kobud şəkildə pozulmasında və 2009-cu ildə dinc etirazçılara qarşı vəhşicəsinə divan tutulmasında aktiv iştirak etdiyinə görə, 2012-ci ildə Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib.

 

Xatırladaq ki, İranın “dini lider”i axund Əli Xamneyi yanvarın 3-də İsmayıl Qaanini “Sepah”ın “Qüds” briqadasının komandanı vəzifəsinə təyin edilib. Yeni təyinat, “Qüds” briqadasının keçmiş komandanı, məşhur terrorçu Qasım Süleymaninin Bağdadda öldürülməsindən bir neçə saat sonraya təsadüf edib.

 

“Sepah”ın “Qüds” briqadasının yeni komandanı İsmayıl Qaani

 

Qeyd edək ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

“Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar