SON XƏBƏRLƏR

“Sepah” daha 1 neft tankerini saxlayıb -VİDEO

2021.10.20, 07:36
“Sepah” daha 1 neft tankerini saxlayıb -VİDEO

Gunaz.tv

GünazTV: İran İnqilab Keşikçiləri Korpusu “Sepah” körfəzdə hərəkət edən daha 1 xarici neft tankerini saxlayıb.

 

Bu barədə “Sepah”ın dəniz qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi avqustun 4-də bəyanat yayıb. “Sepah” ın sürət qayıqları tankeri iyulun 31-i axşam saat 21:30 radələrində saxlasalar da, baş vermiş olayla bağlı xəbər yenicə yayılıb.

 

Bəyanatda bildirilir ki, İranın Fars adası yaxınlığında hərəkətdə olan, körfəzdəki ərəb ölkələrindən birinə 700 min litr qaçaq yanacaq daşıyan “Hita” adlı tanker “Sepah” qüvvələri tərəfindən saxlanılaraq İran sahillərinə aparılıb. Tankerin xarici ölkə vətəndaşlarından olan 7 ekipaj üzvü həbs edilib, daşınan yanacaq isə tamamilə müsadirə edilib.

 

“Sepah”ın yaydığı bəyanatda neft tankerinin hansı xarici ölkəyə məxsus olması və onun hansı ölkənin bayrağı altında hərəkət etməsi açıqlanmasa da, İranın “İrna” agentliyi avqustun 4-də saxlanılan tankerin İraqa məxsus olması barədə məlumat yayıb. Lakin az sonra İraqın Neft Nazirliyi həmin gün rəsmi bəyanat yayaraq, İran saytlarının bu barədə yaydığı xəbərləri təkzib edib. Nazirlik bildirib ki, İranın saxladığı neft tankeri İraqa məxsus deyil və onun bu ölkəyə hər hansı bir aidiyyəti də yoxdur.

 

İyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

VIDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar