SON XƏBƏRLƏR

“Sepah” Əbu Musa adası yaxınlığında “qaçaq yanacaq” daşıyan daha bir xarici neft gəmisini saxlayıb

2021.10.20, 07:36
“Sepah” Əbu Musa adası yaxınlığında “qaçaq yanacaq” daşıyan daha bir xarici neft gəmisini saxlayıb

Gunaz.tv

GünazTV: “Sepah” Əbu Musa adası yaxnlığında hərəkətdə olan və “qaçaq yanacaq” daşıyan daha bir xarici neft gəmisini saxlayıb.

 

Bu barədə, “Sepah” terror təşkilatının dəniz qüvvələrinin 5-ci məntəqəsinin komandanı Əli Ozmayi dekabrın 30-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, saxlanılan gəmi və onun ekipaj üzvləri İran sahillərinə yönləndirilib: “Bir milyon 312 min litr qaçaq yanacaq daşıyan gəminin saxlanılan 16 ekipaj üzvü Malayziya vətəndaşlarıdır. Hazırda məsələ araşdırılır” –deyə, “Sepah”ın dəniz qüvvələrinin 5-ci məntəqəsinin komandanı Əli Ozmayi əlavə edib.

 

“Sepah” rəsmisi müsadirə edilən “qaçaq yanacağın” və saxlanılan Malayziya vətəndaşlarının sonrakı taleyi barədə hər hansı bir açıqlama verməyib.

 

Bu isə, “Sepah” dəniz qüvvələrinin son aylar “qaçaq yanacaq daşımaq” bəhanəsi ilə körfəzdə  saxladığı 6-cı xarici gəmidir.

 

Körfəzdə Əbu Musa adası

 

Qeyd edək ki, 12 km sahəsi olan və hazırda İranın ixtiyarında olan Əbu Musa adası İranın Bəndər Lengə şəhərinin 75 kilometrliyində yerləşir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar