SON XƏBƏRLƏR

“Sepah” generalı Hüseyn Əsədullahi koronavirusdan ölüb

2021.10.20, 07:36
“Sepah” generalı Hüseyn Əsədullahi koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının briqada generalı Hüseyn Əsədullahi koronavirisdan ölüb.

 

Yayılan məlumata əsasən, “Sepah”ın “Məhəmməd Rəsulullah” adına 27-ci diviziyasının keçmiş komandanı və  “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin yaxın həmkarlarından biri kimi tanınaraq, Suriyada keçirilmiş hərbi əməliyyatlarda iştirak etmiş Hüseyn Əsədullahi, martın 21-də Tehranın “Bəqiyyətullah” xəstəxanasında keçinib.

 

İranın hökumət saytları “Sepah” generalının İran-İraq savaşı zamanı cəbhədə məruz qaldığı kimyəvi silahdan zəhərlənmənin sonrakı təsirindən öldüyünü yazsalar da, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr onun koronavirusdan öldüyünü bildirirlər.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 22-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb. Son bir sutka ərzində ölkədə daha 129 nəfərin koronavirusdan öldüyünü deyən Cahanpur, İranda “Covid-19” virusundan ölənlərin ümumi sayının 1658 nəfərə, yoluxanların sayının isə 21638-ə çatdığını bildirib.

 

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar