SON XƏBƏRLƏR

“Sepah” generalı: “Yəmənlilərə dedik ki, Səudiyyə Ərəbistanının neft daşıyan iki gəmisini vursunlar, onlar da vurdu”

2021.10.20, 07:36
“Sepah” generalı: “Yəmənlilərə dedik ki, Səudiyyə Ərəbistanının neft daşıyan iki gəmisini vursunlar, onlar da vurdu”

Gunaz.tv

GünAzTV: “Sepah”ın yüksək rütbəli komandirləri, Tehranın “Sepah”a bağlı İmam Hüseyn Universitetinin Təhlükəsizlik və Müdafiə Aradşıdırmalar Mərkəzinin rəisi Nasir Şəbani Məşhədin Şandiz məntəqəsində keçirilən bir tədbirdə çıxış edərək, İranın Yəmən husiləri ilə əməkdaşlığından və onlara dəstəyindən danışıb.

 

Bu barədə İranın “Sepah”a bağlı “Fars” agentliyi avqustun 7-də məlumat yaysa da, Nasir Şəbaninin etdiyi çıxışının tarixini açıqlamayıb.

 

“Sepah” generalı deyib ki, İran İslam Respublikasının regionda Livan “Hizbullah”ı və Yəmən “Ənsarullah”ı kimi müttəfiqləri var: “Biz, yəmənlilərə (yaraqlı şiə husilər) dedik ki, Səudiyyə Ərəbistanının neft daşıyan iki gəmisini vursunlar, onlar da vurdu. Düşmənin o qədər zəif cəhəti var ki, biz istənilən vaxt sərhəddin o tayında onun başını qata, onu digər qüvvələrlə üz-üzə qoya bilərik. Lakin buna baxmayaraq, biz sərhəddin o tayında Səudiyyə Ərəbistanı ilə üz-üzə durmağa israr etmirik”.

 

Bununla da, Nasir Şəbani Səudiyyə Ərəbistanına məxsus iki neft gəmisinin İranın göstərişi ilə vurulduğunu təsdiqləyib.

 

 “Sepah” komandirinin İranın Səudiyyə gəmilərinə hücumda rolu barədə açıqlamasının yayılmasından az sonra, xəbər “Fars” agentliyi saytından çıxarılıb təhrif edildikdən sonra yenidən yayılıb.

 

 

Xatırladaq ki, İran tərəfdarı olan yaraqlı husilər, iyulun 25-də Qırmızı dənizin cənubunda Babül-Məndəb boğazı yaxınlığında hərəkətdə olan Səudiyyə Ərəbistanının neft daşıyan iki gəmisini bir neçə raketlə vurub. Hücum nəticəsində hər iki gəmi müəyyən xəsarət aldıqdan sonra hərəkətdən dayanıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar