SON XƏBƏRLƏR

“Sepah”ın 3 üzvü koronavirusdan ölüb

2021.10.20, 07:36
“Sepah”ın 3 üzvü koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranda son üç gündə “Sepah” terror təşkilatının 3 üzvü, Ramazan Purqasım, Məhəmməd Hac Əbülqasimi və Rza Xazəni Rad koronavirusdan ölüb.

 

İran mediasının yaydığı xəbərə əsasən, “Sepah”ın quru qüvvələrinin keçmiş komandiri Ramazan Purqasım martın 3-də Sari şəhərində, “Sepah”ın təqaüdə çıxmış komandiri Məhəmməd Hac Əbülqasimi martın 4-də Tehranın “Bəqiyyətullah” xəstəxanasında, “Sepah”a bağlı “Camiət ül Zəhra” təlim mərkəzinin işçilərindən olan polkovnik Rza Xazəni Rad isə martın 2-də Qum şəhərində şəhərində ölüb.

 

İranın hökumət saytları hər üç “Sepah”çının tənəffüs yollarında yaranmış problemə görə öldüyünü iddia etsə də, İran xəstəxanalarındakı müstəqil mənbələr onların hər üçünün koronavirusdan öldüklərini bildirirlər.

 

İran Səhiyyə Nazirliyi martın 4-ə qədər ölkədə koronavirusdan ölənlərin 92 nəfərə, yoluxanların sayının 2 min 922 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar