SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “Amerikanın pilotsuz uçan aparatı hava sərhədlərimizi pozarkən vurulub”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “Amerikanın pilotsuz uçan aparatı hava sərhədlərimizi pozarkən vurulub”

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami iyunun 20-də jurnalistlərə açıqlamasında Amerikanın pilotsuz uçan aparatının vurulmasına münasibət bildirib.

 

O bildirib ki, Amerikanın pilotsuz uçan aparatı İranın hava sərhəddini pozarkən vurulub: “Bu pilotsuz uçan aparat ölkəmizin hava sərhədlərini keçdiyinə görə vurulub. Bildiririk ki, sərhədlərimiz bizim qırmızı xəttimizdir və bu sərhədləri pozan hər hansı bir düşmən bir daha geri dönə bilməyəcək. Biz heç bir ölkə ilə müharibə etmək niyyətində deyilik. Lakin hər hansı bir savaşa da tam hazırıq” –deyə “Sepah”ın baş komandanı Hüseyn Səlami vurğulayıb.

 

Xatırladaq ki, “Sepah” iyunun 20-də bəyanat yayaraq, İranın Hormozqan əyalətində yerləşən “Mübarək” dağının yaxınlığında “ölkə sərhəddini pozduğuna görə” Amerikanın “MQ-4C Triton” tipli pilotsuz uçan kəşfiyyat aparatını vurduğunu bildirib.

 

Amerikanın Müdafiə Nazirliyi “Pentaqon” isə “Sepah”ın bu iddiasını rədd edərək bildirib ki, , bu ölkəyə məxsus pilotsuz uçan aparat İran sərhəddini pozmayıb və o beynəlxalq hava məkanında Hörmüz boğazı üzərində uçarkən İran tərəfindən vurulub.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar