SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı İsrailə səsləndi: “Bizim raketlərimizin ildırım kimi başınıza çaxacağı gündən qorxun”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı İsrailə səsləndi: “Bizim raketlərimizin ildırım kimi başınıza çaxacağı gündən qorxun”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri yanvarın 16-da jurnalistlərə açıqlamasında İsrailə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

Cəfərinin Tel-Əvivə qarşı yeni bəyanatı, İsrailin baş naziri Benyamin Netanyahunun İranın “Pəyam” raketi və Suriyadakı hərbi qüvvələri ilə bağlı səsləndirdiyi bəyanatından bir gün sonraya təsadüf edib.

 

Cəfəri, Netanyahunun bəyanatını “gülünc və məzhəkəli” adlandıraraq, İranın öz hərbi qüvvələrini Suriyadan çıxarmayacağını bir daha təkrar edib: “Biz, məzlum Suriya xalqına dəstək vermək və islami müqavimət mübarizlərinə təlim keçmək məqsədilə Suriyaya göndərdiyimiz inqilabçı və hərbi müstəşarlarımızı, eləcə də onların silah-sursatlarını qoruyub saxlayacağıq.

 

Əmin olun ki, biz sizin bu məzhəkəli təhdidinizə heç bir önəm vermirik. Yalnız bilin ki, siz aslanın quyruğu ilə oynayırsınız. Bizim dəqiq hədəfi vurmağa qadir raketlərimizin ildırım kimi başınıza çaxacağı gündən qorxun”.

 

Xatırladaq ki, Netanyahu yanvarın 15-də Müdafiə Nazirliyində keçirilən bir mərasimdə çıxış edərək, İranın orbitə göndərmək istədiyi peykindən və Suriyadakı hərbi varlığından danışıb: “Hesab edirəm ki, İranın öz peykini orbitə buraxmaqda hədəfi, bütün beynəlxalq razılaşmalara baxmayaraq, qitələrarası ballistik raketini sınaqdan keçirməkdir. Daha doğrusu, peykin orbitə çatdırılması, işin zahiri tərəfidir. Əsl hədəf isə, İranın qitələrarası raketinin buraxılması ilə bağlı qabiliyyətini yüksəltməkdir.

 

 

İranın Suriyadakı hərbi varlığına gəlincə, bildirilik ki, İran və onun terrorçu şaxələrinin qarşısını almaq bizim əsas hədəflərimizdən biridir. Mən bir daha tövsiyə edirəm ki, İran öz hərbi qüvvələrini dərhal Suriyadan geri çəksin. Əks təqdirdə, biz keçmişdə verdiyimiz sözə sadiq qalaraq, hücum siyasətini davam etdirəcəyik”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İranın peyk daşıyan raketi lazım olan sürətə çata bilmədiyindən, “Pəyam” adlı peyki orbitə çatdıra bilməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar