SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “Sepah” terrorçu qruplar siyahısına daxil edilsə, Amerikanın regiondakı ordusunun dincliyi pozulacaq”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “Sepah” terrorçu qruplar siyahısına daxil edilsə, Amerikanın regiondakı ordusunun dincliyi pozulacaq”

Gunaz.tv

GünazTV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri aprelin 7-də jurnalistlərə açıqlamasında Vaşinqtonun “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etmək niyyəti ilə bağlı yayılan məlumatlara kəskin reaksiya verib.

 

O, Amerikanı təhdid edərək bildirib ki, əgər Vaşinqton belə bir düşünülməmiş addım atarsa, İranın buna cavabı kəskin olacaq: “Əgər amerikalılar belə bir axmaq işə əl atıb, bizim milli təhlükəsizliyimizi təhlükəyə salsalar, biz İran İslam Respublikasının siyasəti əsasında cavab tədbirləri görməyə başlayacağıq.

 

Belə ki, vəziyyət belə olacağı təqdirdə, Amerikanın Qərbi Asiyadakı ordusu və hərbi qüvvələrinin dincliyi və sabitliyi pozulacaq, onlar artıq təhlükəsiz şəraitdə qala bilməyəcəklər”-deyə Məhəmmədəli Cəfəri əlavə edib.

 

Həmçinin İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 7-də “Twitter” səhifəsində paylaşdığı bir statusda Tramp hökumətinə bu niyyətinə görə xəbərdarlıq edib: “Netanyahunun mənafeyini öz ölkələrinin mənafeyindən üstün tutanlar və “Sepah”ı həmişə terrorçu qruplar siyahısına daxil etməyə çalışanlar, bu siyasətin Amerikanın bölgədəki qüvvələri üçün aqibətindən tam xəbərdardırlar. Əslində isə onlar Netanyahu əvəzindən Amerikanı bataqlığa sürükləmək niyyətindədirlər. Hesab edirik ki, nə qədər ki, Amerika üçün yeni bir faciə baş verməyib, Tramp bu həqiqəti dərk etməlidir” –deyə Zərif vurğulayıb.

 

 

Xatırladaq ki, “Röyters” agentliyi aprelin 5-də adlarının çəkilməsini istəməyən 3 Amerika rəsmisinə istinadən, Tramp hökumətinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etmək niyyəti barədə məlumat yayıb. Bildirilir ki, ABŞ Dövlət Departamentinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməsi ilə bağlı xəbər, aprelin 8-də və ya 9-da rəsmən elan edilə bilər.  

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar