SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi torpağa tapşırılıb

2021.10.20, 07:36
“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi torpağa tapşırılıb

Gunaz.tv

GünAzTV: “Sepah”ın daha 1 iranlı muzdlusu, Əli Əhməd Cəfəri Suriya savaşında həlak olub.

 

Suriya diktatorunun rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”çı, bir neçə gün əvvəl bu ölkədə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilmiş “Sepah”çı, dekabrın 18-də İranın Məşhəd şəhərində torpağa tapşırılıb.

 

 

 Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar