SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 komandiri Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın daha 1 komandiri Suriyada həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın daha bir yüksək rütbəli komandiri Suriya savaşında həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın “Ramazan 20 briqadası”nın 32 yaşlı komandiri Məhəmməd İbrahim Rəşidi, iyulun 1-də Suriyadakı müxalif qüvvələrlə qarşıdurmada həlak olub. Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü açıqlanmayıb.

 

“Sepah” komandirinin cənazəsinin iyulun 2-də ölkəyə gətiriləcəyi bildirilir.

 

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar