SON XƏBƏRLƏR

“Sepah”ın daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
“Sepah”ın daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlu üzvləri, Məhəmməd Hüseynzadə, Xudadad Hüseyni və Mehdi Xoşamədi, son günlər bu ölkənin müxtəlif bölgələrində baş vermiş qarşıdurmalarda öldürülüb. Onların Suriyanın konkret hansı məntəqələrində həlak olduğu açıqlanmayıb.

Cənazələri ölkəyə gətirilmiş “Sepah”çıların dekabrın 28-i və 29-da İranın Vəramin, Çahardangə və Məşhəd şəhərlərində torpağa tapşırılacağı bildirilir.

 

 

 Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar