SON XƏBƏRLƏR

“Sepah”ın əfqan mühacirləri atəşə tutması nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb- FOTOLAR

2021.10.20, 07:36
“Sepah”ın əfqan mühacirləri atəşə tutması nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb- FOTOLAR

Gunaz.tv

GünAz TV: “Bəluç Fəalları Təşkilatı”nın yaydığı məlumata görə, “Sepah” Sərvan şəhərində əfqan mühacirləri atəşə tutub. Hadisə nəticəsində 9 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

 

Hadisənin aprelin 3-də baş verdiyi bildirilir. Qurbanların arasında qadın və uşaqlar da var.

 

Zahidan təcili tibbi yardım mərkəzinin rəhbəri Fəribürz Raşidi isə faktı inkar edib. O, “14 əfqan mühacirin avtobusun aşması nəticəsində yaralandığı”nı iddia edib.  

 

Hələlik Əfqanıstan hökuməti məsələyə heç bir reaksiya verməyib.

 

Qeyd etmək lazımdır ki, hazırda İran ərazisində 2 milyondan çox əfqan mühacirət həyatı yaşayır. Onlar tez-tez təhqir olunur və təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqlara məruz qalırlar.

 

Beynəlxalq insan haqları təşkilatları hər zaman İranı əfqan mühacirlərin savadsızlığı və kasıblığından istifadə edərək, onları Suriya kimi dövlətlərdə gedən müharibələrdə öz silahlı birləşmələrinin tərkibində döyüşməyə vadar etdiyinə görə qınayır.

 

Hadisə qurbanlarının fotoları:

 

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar