SON XƏBƏRLƏR

“Sepah”ın Əhvazda ərəb vətəndaşları atəşə tutub- Video

2021.10.20, 07:36
“Sepah”ın Əhvazda ərəb vətəndaşları atəşə tutub- Video

Gunaz.tv

GünAz TV: Aprelin 2-si gecə saatlarında Əhvaz şəhərində Karun çayının sahilində yerləşən Əlsuqur, Əlcəlizi və Əlşakiriyyə kəndlərinin etiraz edən ərəb vətəndaşları “Sepah” qüvvələri tərəfindən atəşə tutulub.

 

Hadisə nəticəsində 5 nəfər yaralanıb. Hələlik təsdiqlənməmiş məlumatlara görə, yaralılardan 2-si ölüb.

 

Hadisənin vətəndaşların selin qarşısının alınması üçün qurulan bəndlərin “Sepah” tərəfindən dağıdılmasına mane olmağa çalışdıqları zaman baş verdiyi bildirilir.

 

Tanınmış ərəb fəallarından olan Yusif Əzizi Bəni Torofun öz “Facebook” səhifəsində yazdıqlarına görə, Kərxə çayının kənarında yerləşən Əlcəlizi və Əlşakiriyyə kəndlərinin sakinləri çayın suyunun onların əkin sahələri və bağlarına tərəf axıdılmasına qarşı çıxıblar. Bundan sonra məsələyə “Sepah” qarışıb, bir neçə nəfəri güllələyərək yaralayıb, Əlcəlizi kəndinin 1 sakinini isə öldürüb.

 

Bəni Torofun sözlərinə görə, “Tehran rejimi Kərxə çayının mənsəbini xalqın əkin yerləri istiqamətində dəyişməklə “Hurul-Əzim” bataqlığında yerləşən öz qəsbkar neft təsisatlarını qorumağa çalışır. Tehran rejiminin rəsmiləri üçün bataqlıqda mövcud olan neft təsisatlarını qorumaq bölgənin əhalisinin canı, malı və gəlir vasitələrindən daha önəmlidir”.

 

Ərəb vətəndaşlara məxsus “Telegram” kanallarında yayılan məlumatlarda isə xalqın etirazlarına baxmayaraq, “Sepah” neft təsisatlarını qorumaq üçün sel səddlərini dağıdıb və çayın suyunu əkin sahələrinə tərəf yönəldib.

 

Ərəblər də türklər kimi, İran tərəfindən siyasi və iqtisadi ayrıseçkilikdən başqa, davamlı olaraq təhqirlərə məruz qalırlar.

 

Əhvaz ərəbləri bu diskriminasiya və təhqirlərə qarşı dəfələrlə etiraz ediblər, lakin İran rejimi ən qəddar şəkildə onların aksiyalarını dağıdıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar