SON XƏBƏRLƏR

“Sepah”ın keçmiş komandirlərindən olan Hüseynəli Əzimi koronavirusdan ölüb

2021.10.20, 07:36
“Sepah”ın keçmiş komandirlərindən olan Hüseynəli Əzimi koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının İran-İraq savaşı zamanı komandirlərindən olan Hüseynəli Əzimi koronavirusdan ölüb.

 

 Bildirilir ki, “Sepah”ın İran-İraq savaşı zamanında komandirlərindən olan və “Cəhad-i Sazəndegi” adlı qurumun təsisçilərindən sayılan Hüseynəli Əzimi martın 15-də müalicə aldığı xəstəxanalardan birində keçinib.

 

 İranın hökumət saytları Hüseynəli Əziminin uzun sürən xəstəlikdən öldüyünü yazsalar da, İranın tibb mərkəzlərindəki mənbələr onun koronavirusdan öldüyünü bildirirlər.

 

 Hüseynəli Əziminin konkret hansı şəhərdə müalicə alarkən öldüyü barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 16-da koronavirus qurbanlarının sayı ilə bağlı yaydığı son statistikasına əsasən, dünən günorta saatlarına qədər İranda koronavirusa yoluxanların sayı 14991 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 853 nəfərə çatıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar