SON XƏBƏRLƏR

“Sepah”ın “Sarəllah” batalyonunun keçmiş komandanı Məhəmməd Musazadə koronavirusdan ölüb

2021.10.20, 07:36
“Sepah”ın “Sarəllah” batalyonunun keçmiş komandanı Məhəmməd Musazadə koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının “Sarəllah” batalyonunun keçmiş komandanı və Şimali Xorasan əyalətinin hüquq-mühafizə qüvvələri komandanının sabiq müavini Məhəmməd Musazadə koronavirusdan ölüb.

 

Yayılan məlumata əsasən, Məhəmməd Musazadə martın 23-də yoluxduğu infeksiyadan ölsə də, onun ölümü ilə bağlı xəbər yenicə yayılıb. Keçmiş “Sepah” komandanının hansı şəhərin xəstəxanalarından birində keçindiyi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Bildirilir ki, Məhəmməd Musazadə, 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin üç dəfə qalxmasına qarşı Qonbəd Kavus şəhərində keçirilmiş kütləvi etirazlarda, gənc etirazçılara qarşı törədilən repressiya və qətliamın əsas amillərindən biri olub.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 30-da mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

Cahanpur deyib ki, martın 30-u günorta saatlarına qədər ölkədə “Covid-19” virusuna yoluxanların sayı 41495 nəfərə, epidemiyadan ölənlərin sayı isə 2757 nəfərə yüksəlib.

 

 

 İranın tibb mərkəzlərində çalışan mənbələr isə, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar