SON XƏBƏRLƏR

“Sepah”ın Suriyada həlak olmuş daha 2 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
“Sepah”ın Suriyada həlak olmuş daha 2 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünAzTV: “Sepah”ın Suriyada həlak olmuş daha 2 pakistanlı muzdlusunun cənazələri ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının muzdluları, 23 yaşlı Heydər Əli Behişti və 25 yaşlı Seyid Məhəmməd, noyabrın 12-də (bir ay əvvəl) bu ölkənin Əbu Kəmal şəhərində müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda həlak olub. Cənazələri yalnız son günlər ölkəyə gətirilmiş pakistanlı “Sepah”çılar, dekabrın 13-də İranın Qum şəhərinin Məsumə qəbiristanlığında torpağa tapşırılıb.  

 

 

Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar