"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23 13:19

"Sepah" terror təşkilatının işçiləri ev dustaqlığına buraxılmış Nazənin Zağəriyə qarşı təzyiq göstərirlər.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumatlara görə, "Sepah" üzvləri Nazənin Zağərinin izləmə üçün ayağına bağlanmış xüsusi elektron cihazı zədələdiyini bəhanə edərək, onun hazırda ev dustaqlığını keçirtdiyi atasının evinə soxulmağa çalışıblar. 


Koronavirusun yayılmasına görə "Sepah" işçilərinin nəzarəti altında ev dustaqlığına buraxılmış xanım Zağərinin bu qanunsuz addımla bağlı İranın Məhkəmə Sisteminə müraciət etdiyi deyilir. 


Digər tərəfdən, cari ilin mart ayında məhkumluq dövrü bitəcək Britaniya- İran vətəndaşı olan Nazənin Zağəriyə qarşı yenidən "siyasi sistem əleyhinə təbliğat" ittihamı ilə cinayət işi başladılıb. Onun yaxın zamanlarda yenidən mühakimə ediləcəyi gözlənilir. 

 

Daha çox baxın: 

Nazənin Zağəri koronavirus pandemiyasına görə müvəqqəti olaraq azadlığa buraxılıb

Britaniya Nazənin Zağəriyə qarşı irəli sürülmüş yeni ittihamları qəbuledilməz adlandırıb


Bu məsələyə münasibət bildirən Britaniyanın Xarici İşlər naziri Dominik Raab xanım Zağərinin yenidən həbsə məhkum edilməsinin heç bir normaya sığmadığını və qəbul edilməz olduğunu deyib. 


O, həmçinin mediada yayılan iddialara münasibət bildirərək, Nəzanin Zağərinin "cinayət işi" ilə ölkəsinin Pəhləvi rejimi ilə imzaladığı hərbi müqavilədən yaranan borcun İrana qaytarılması ilə heç bir əlaqəsinin olmadığını deyib. 

 
Lakin Raab bildirib ki, hazırda rəsmi London sözügedən müqaviləyə görə İrana ödəməli olan borcun qaytarılması ilə məşğuldur.


"Bu borcun Nazənin Zağəriyə qarşı irəli sürülmüş cinayət işi ilə əlaqəsi yoxdur, sadəcə hər iki məsələ parelel olaraq cərəyan edir", - deyə Britaniya XİN-in rəhbəri fikrini tamamlayıb. 


Xatırladaq ki, Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ildə ailəsi ilə görüşmək üçün İrana səfər etmişdi. O, ölkədən çıxarkən Tehran hava limanında İran təhlükəsizlik qüvvələri tərəfindən azyaşlı qızı Qabriyela ilə birlikdə saxlanılmışdı. Xanım Zağəri “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.


Ə.A
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub

2020-10-30

gun az article

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

2020-10-30

gun az article

İran rəsmisi: “Hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsınlar və beynəlxalq sərhədləri qorusunlar”

2020-10-30

gun az article

İranda daha 365 nəfər koronavirusdan ölüb, 8011 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-10-30

gun az article

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

2020-10-30

gun az article

İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30

gun az article

“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - Arutyunyan təşvişdə

2020-10-30

gun az article

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur - RƏSMİ

2020-10-30

gun az article

MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

2020-10-30

gun az article

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

2020-10-30

gun az article

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

2020-10-29

gun az article

MN: Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

2020-10-29

gun az article

İran ordusunun yüksək rütbəli komandiri koronavirusdan ölüb

2020-10-29

gun az article

İranda koronavirusdan ölənlərin sayı 34 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-29

gun az article

İranın Zəncan əyalətində koronavirusa yoluxan daha 566 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-29

gun az article

“Cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”

2020-10-29

gun az article

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

2020-10-29

gun az article

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

2020-10-29

gun az article

Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı

2020-10-29

gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28