SON XƏBƏRLƏR

“Sepah” İsfahanda monarxiya tərəfdarı olan şəbəkə üzvlərinin həbs olunmasından xəbər verib

2021.10.20, 07:36
“Sepah” İsfahanda monarxiya tərəfdarı olan şəbəkə üzvlərinin həbs olunmasından xəbər verib

Gunaz.tv

GünazTV: "Sepah” terror təşkilatının ETTELAAT bölməsi dekabrın 13-də bəyanat yayaraq İsfahan şəhərində monarxiya tərəfdarı olan şəbəkə üzvlərinin həbs edilməsindən xəbər verib.

Bəyanatda bildirilir ki, “Sepah” qüvvələrinin dekabrın 12-də keçirdiyi əməliyyatda İsfahanın “Vətən uğrunda mübarizə” şəbəkəsinin 4 üzvü həbs edilib. Qeyd olunur ki, tutulanlardan birinin mənzilində aparılan axtarış zamanı, vətəndaşları rejimə qarşı etirazlara təşviq edən bir sıra yazılı çağırış vərəqələri, üzərində şir və günəş simvolu olan bayraqlar, divarlara şüar yazma vəsaitləri və alovlandırıcı əl bombaları aşkarlanaraq götürülüb.

Bəyanatda həbs edilənlərin kimliyi haqda hər hansı bir məlumat verilməyib.

Ötən ay İranın müxtəlif şəhər və bölgələrində rejimə qarşı keçirilən kütləvi etirazlarda bir-neçə yerdə bəzi aksiyaçılar İranın keçmiş şahı Məhəmmədrza Pəhləvi ailəsinin və onun canişini sayılan vəliəhdin lehinə şüarlar səsləndirərək, ölkədə yenidən monarxiya sisteminin bərpa olunmasını tələb ediblər.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar