SON XƏBƏRLƏR

“Sepah” komandiri şəxsi tapançasından açılan atəş nəticəsində həlak olub

2021.10.20, 07:36
“Sepah” komandiri şəxsi tapançasından açılan atəş nəticəsində həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın quru qüvvələrinin “Samin ül Əimmə” qərargahının komandiri Qüdrətullah Mənsuri, şəxsi tapançasından açılan atəş nəticəsində həlak olub.

 

Hadisə, dekabrın 16-sı sübh saatlarında Məşhəd şəhərində baş verib. 4 ildən bu yana “Sepah”ın “Samin ül Əimmə” qərargahının komandiri vəzifəsində çalışan Qürətullah Mənsuri, xidməti tapançasını təmizləyərkən atəş açılıb və o başından aldığı güllə yarasından yerindəcə keçinib.

 

Bildirilir ki, İran-İraq müharibəsinin iştirakçılarından olan və bundan əvvəl, “İmam Rza” 21-ci briqadasının komandiri, 5-ci “Nəsr” ordusunun komandiri və “Qüds” qərargahının komandiri vəzifələrində çalışmış “Sepah” komandirinin  cənazəsi dekabrın 17-də Məşhəddə torpağa tapşırılacaq.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar