SON XƏBƏRLƏR

“Sepah” komandiri Urmiyada radikal kürdlərin sərmayə yatırımına eyham vurub

2021.10.20, 07:36
“Sepah” komandiri Urmiyada radikal kürdlərin sərmayə yatırımına eyham vurub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Şohəda “Sepah”ının komandiri Həbib Şəhsəvari sentyabrın 16-da jurnalistlərlə danışığında bölgədəki etnik məsələlərinə toxunub.

 

O Qərbi Azərbaycan Əyalətində etniklər arası ixtilaf yaradan söhbətlər barədə xəbərdarlıq edərək bildirib ki, İslam Cümhuriyyətinin düşmənləri və bəzi xəstə insanlar əyalətdə etniklər arasında nifaq salmağa çalışır. Biz onlara xəbərdarlıq edirik ki, təfrəqə salmaqdan uzaq olsunlar.

“Etniklərlə bağlı bəhslər Əyalət rəhbərliyinin qırmızı xəttidir. Biz kimsənin məsullarla əhali arasında nifaq salmasına icazə verməyəcəyik.”- deyə o bildirib.

 

“Sepah” komandiri sözlərinin davamında Urmiya əhalisinə müxtəlif problemlər yaradan radikal mühacir kürdlərlə bağlı da üstü örtülü mesaj verməyə çalışıb.

 

“Qərbi Azərbaycan sərhədlərinin müəyyən hissəsinin təhlükəsizliyi kürdlər tərəfindən təmin olunur, kimsə etnik məsələlərində meydan sulamasın!

Əyalətdə uzun illərdir ki, təhlükəsizlik və sakitlik hökm sürür. Şohəda “Sepah”ı bölgənin təhlükəsizliyini təmin etməkdə məsuliyyət daşıyır. Əyalətin yatırıma ehtiyacı var. Biz məsulları kiçik bir yanlışlığa görə ittiham etməməliyik. Bütün etnik və məzhəblərə mənsub şəxslər qanuna riayət edərək bölgəyə sərmayə yatıra bilər.”- deyə Həbib Şəhsəvari bildirib.

 

“Sepah” komandiri o halda belə bir mövqe ilə çıxış edib ki, bir neçə gündür Urmiya şəhərinə məxsus tarixi bir ərazinin iraqlı bir radikal kürdə buraxılması bölgə əhalisinin gündəmindədir. Ərazinin sözdə ticari məqsədlərə görə Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində Məhəmməd Əmin Novruziyə buraxılması kəskin etirazla qarşılandı. Etirazlar o həddə çatdı ki, Qərbi Azərbaycan prokuroru müqavilənin ləğvinə dair Urmiyanın bələdiyyə başçısına göstəriş məktubu yazdı. “Sepah” komandirinin belə bir mövqe sərgiləməsi bu orqanın Qərbi Azərbaycanın kürdləşdirilməsində maraqlı olduğunu bir daha sübut etmiş oldu.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar