SON XƏBƏRLƏR

“Sepah” pilotu Əmir Ramxu koronavirusdan ölüb

2021.10.20, 07:36
“Sepah” pilotu Əmir Ramxu koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının hərbi pilotu Əmir Ramxu koronavirusdan ölüb. Bu barədə “Sepah”a bağlı “Tasnim” agentliyi məlumat yayıb.

 

Yayılan məlumata əsasən, “Sepah”ın bundan əvvəl Suriyada keçirmiş hərbi əməliyyatlarına qatılan, iki ay yarım əvvəl Bağdadda öldürülmüş “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin yaxın həmkarlarından olan pilot Əmir Ramxu, martın 16-sı sübh saatlarında müalicə aldığı Tehran xəstəxanalarından birində keçinib.

 

Pilotun “Covid-19” virusuna nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 15-də koronavirus qurbanlarının sayı ilə bağlı yaydığı son statistikasına əsasən, dünən günorta saatlarına qədər İranda koronavirusa yoluxanların sayı 13938 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 724 nəfərə çatıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar