SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Amerikanın ölkəmizə qarşı mümkün hücumu İranın bölgədəki nüfuzunun artmasına səbəb olacaq”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Amerikanın ölkəmizə qarşı mümkün hücumu İranın bölgədəki nüfuzunun artmasına səbəb olacaq”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami sentyabrın 14-də Tehranda qatıldığı bir tədbirdə çıxış edərək, Amerikanın İrana qarşı mümkün hücumunun əks nəticə verəcəyindən və islam respublikasının regionda “üstün mövqeyi” ndən danışıb.

 

Səlami bildirib ki, İran İslam Respublikası hazırda regionda hegemon gücə və üstün mövqeyə malik bir ölkədir: “Amerikanın ölkəmizə qarşı mümkün hər hansı bir hücumu, İran İslam Respublikasının bölgədəki nüfuzunun artmasına və daha da genişləndirilməsinə səbəb olacaq. Lakin hesab edirəm ki, Amerikanın hazırkı durumda ölkəmizə qarşı belə bir müharibəni başlamağa siyasi şəraiti və bu savaşda ona qoşula bilən müttəfiqi yoxdur”.

 

Qeyd edək ki, İranın dini lideri axund Əli Xamneyi bundan əvvəl dəfələrlə bildirib ki, o siyasi baxımdan ölkəyə qarşı hər hansı bir müharibə elan olunması ehtimalını zəif bilsə də, hesab edir ki, İran silahlı qüvvələri öz hərbi güc və qabiliyyətlərini gündən-günə artırmalı və hər hansı bir xarici təhdidin qarşısını almaq üçün hazır olmalıdırlar.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar