SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Bizim raket istehsalımız 3 qat artıb”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Bizim raket istehsalımız 3 qat artıb”

Gunaz.tv

GünAzTV: “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə, martın 7-də Tehranda keçirilən bir toplantıda çıxış edərək, İranın raket proqramının sürətlə inkişafından və ölkədə raket istehsalının artmasından danışaraq, Qərb ölkələrinə qarşı sərt bəyanatlar səsləndirib.

 

“Sepah” rəsmisinin bu bəyanatı, Fransanın xarici işlər naziri Jan İv Le Drianın İranın raket proqramının dünya birliyinin nigaranlığına səbəb olması barədə verdiyi açıqlamasından üç gün sonraya təsadüf edib.

 

Əmirəli Hacızadə deyib ki, Qərbin İrana qarşı göstərdiyi bütün təzyiqlərə baxmayaraq, ölkənin raket proqramı gündən-günə inkişaf edir: “İran İslam Respublikasının bütün qurumları raket məsələsində, o cümlədən də yer-yer raketləri mövzusunda eyni fikir və görüşə malikdir. Biz, keçmişdə raketlərimizlə bağlı bir çox qurumlara izahat verməli olurduq. Lakin indi, bu belə deyil və bizim raket istehsalımız keçmişdəki illərlə müqayisədə 3 qat artıb. Qərb ölkələrinin İranın raket proqramına qarşı təzyiqinə gəlinc, hesab edirəm ki, onlar (Qərb ölkələri) özləri istədiyi qələti edir, öz hərbi arsenallarını gündən-günə genişləndirirlər. Lakin söhbət bizim raketlərə çatanda deyirlər ki, bunlar kütləvi qırğın silahlarıdır və qarşısı alınmalıdır”.

 

                   Fransanın xarici işlər naziri Jan İv Le Drian

 

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan İv Le Drian martın 4-də Tehrana səfərindən əvvəl jurnalistlərə açıqlamasında İranın ballistik raket proqramından və rəsmi Tehranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasından danışmışdı: “İran, ballistik raket proqramını davam etdirir. Bu raketlər, neçə min kilometr məsafəni qət etmək gücünə malikdir. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələri pozur. Bu, İranın öz sərhədlərini qorumaq üçün lazım olan məsafədən qat-qat çoxdur. Hesab edirik ki, əgər bu problem öz həllini tapmasa və İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmağı davam etdirsə, bu ölkə yeni sanksiyalar təhlükəsi ilə üz-üzə qalacaq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar