SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Colan yüksəkliklərinə onlarla raket ataraq İsrailə xəbərdarlıq mesajı göndərmişik”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Colan yüksəkliklərinə onlarla raket ataraq İsrailə xəbərdarlıq mesajı göndərmişik”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami, iyunun 8-də “Qüds” günü münasibətilə Məşhəddə keçirilən mərasimdə çıxış edərək, İsrailin Colan yüksəkliklərindəki mövqelərini raket atəşinə tutduqlarını bildirib.

 

İsrailin məhvi və yer üzündən silinməsi ilə bağlı şüarı təkrar edən Səlami bildirib ki, İsrailin Suriyada İranın hərbi bazalarına hücumuna cavab olaraq, “Sepah”, bu ölkənin Colan yüksəkliklərindəki mövqelərini raket atəşinə tutub: “Biz, İsrailin Colandakı mövqelərinə onlarla raket ataraq onlara kəskin xəbərdarlıq mesajı göndərmişik. Bildirmişik ki, əgər bu hücuma reaksiya versələr, Tel-Əvivi yerlə yeksan edəcəyik. Məhz bu xəbərdarlıqdan sonra, onlar susub səslərini kəsdilər və artıq heç bir qələt edə bilmədilər”.

 

Hüseyn Səlami, İsrailin Colandakı mövqelərini konkret nə zaman raket atəşinə tutduqlarını açıqlamayıb.

 

Qeyd edək ki, İsrail ordusu son həftələrdə Suriyada İranın 50-yə yaxın hərbi baza və qərargahına raket zərbələri endirib. İsrailin hava hücumları bir neçə dəfə təkrarlanıb. Nəticəsində 60-dan çox “Sepah”çı həlak olub, onlarla insan ağır bədən xəsarəti alıb. İsrailin hava hücumlarında ölən “Sepah”çıların cənazələri səssiz-səmirsiz ölkəyə gətirilərək, İranın müxtəlif şəhərlərində torpağa tapşırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar