SON XƏBƏRLƏR

“Sepah”: “Sabitliyin pozulmasının davam etdirilməsinin qarşısını qətiyyətlə alacağıq”

2021.10.20, 07:36
“Sepah”: “Sabitliyin pozulmasının davam etdirilməsinin qarşısını qətiyyətlə alacağıq”

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatı noyabrın 18-də bəyanat yayaraq, ölkənin 100-ə yaxın şəhərində hakim rejimin zülmünə qarşı ayağa qalxaraq dinc etirazını bildirən ölkə vətəndaşlarını repressiyaların gücləndirilməsi ilə təhdid edib.

 

“Sepah” yaydığı bəyanatda dinc etirazçıları “əcnəbi muzduru” adlandıraraq xəbərdarlıq edib ki, “Sepah” var gücü ilə etirazların davam etdirilməsinə və onun daha geniş vüsət almasına imkan verməyəcək. Bəyanatda həmçinin ölkədə baş verən kütləvi etirazların Xalq Mücahidləri Təşkilatı və keçmiş İran şahının (Pəhləvi sülaləsi) ailəsi tərəfindən yönləndirildiyi, “sionizm” və hegemon beynəlxalq medianın psixoloji savaşı vasitəsilə aparıldığı və ölkə əhalisinin etirazları davam etdirməyə təşviq edildiyi iddia olunur.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar davam edir. Ölkənin 100-ə şəhərində keçirilən dinc etirazlarda 40-dan çox etirazçı rejim qüvvələrinin atəşi nəticəsində qətlə yetirilib, yüzlərlə aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Molla rejiminin repressia maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar