“Sepah”ın baş komandanı İsraili təhdid etdi: “Bu, axırıncı zərbə olacaq”

2021-05-07 12:49

“Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami mayın 5-də dövlət televiziyasında çıxış edərək İsrailə qarşı yenidən təhdid dolu bəyanatlar səsləndirib.

Gunaz.tv Quote | Gunaz article

 Dövlət televiziyasında “milli təhlükəsizlik sistemi” ilə bağlı bir proqrama qatılan Hüseyn Səlami, İranın dolayı yolla İsrailin hərbi və gəmiçilik təsisatına zərbə vurmaq gücünə qadir olduğunu bildirib.


“İsrailin milli təhlükəsizlik qabarcığı artıq partlayıb və İran istədiyi vaxt yalnız bircə hərbi əməliyyatla sionist rejimini məhv edə bilər. Daha doğrusu, bizim İsrailə qarşı birinci zərbəmiz axırıncı zərbəmiz də ola bilər.

 

Onların (israillilərin-red) zəif cəhətləri çoxdur. Bir-iki ay əvvəl isə sionist rejimin naviqasiya və ticarət gəmilərinin dünyanın istənilən yerində nə qədər zərbəyə məruz qala biləcəyi artıq hamıya bəlli oldu. “Sepah” isə çox asanlıqla sionist rejiminin dəniz ticarətinə xələl gətirə bildi”, -deyə “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami bildirib.


Qeyd edək ki, Suriyanın hava hücumundan müdafiə sisteminin aprelin 22-də İsrailin Dimona nüvə obyektinə qarşı gerçəkləşdirdiyi raket hücumunun “Sepah”ın əməkdaşlığı ilə həyata keçirildiyi barədə müxtəlif fikirlər səsləndirilib.

gun az article

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri 


Bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri aprelin 25-də “Əl-Məyadin” telekanalına müsahibəsində iki gün əvvəl Suriya sahilləri yaxınlığında İranın neft daşıyan tankerinə qarşı gerçəkləşdirilən hücuma reaksiya verərək İsraili təhdid etmişdi.


“İranın bölgədə mövcud olan “Müqavimət cəbhəsi” ilə birlikdə gördüyü bəzi tədbirlər və atdığı bəzi addımlar İsraili öz ağlını başına yığmağa vadar edəcək. 


“Sözsüz ki, son günlər görülən bəzi işlər israillilərin mənafeyini təhlükəyə salaraq, onları özlərinə gətirəcək. Biz neft tankerimizə qarşı hücumun arxasında konkret kimin durduğu barədə bir şey deyə bilmərik. Lakin bildiririk ki, regiondakı müqavimət cəbhəsi Suriyada həyata keçirdiyi əməliyyatlara görə İsrailin cavabını verəcək”, -deyə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirmişdi.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24