Serbiya Prezidenti Azərbaycan Prezidentinə zəng edib

2020-08-07 15:20

Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gunaz.tv Quote | Gunaz article

Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.


Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.


Dövlətimizin başçısı Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.


Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər.


Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirib.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Erməni təxribatı nəticəsində həlak olan məktəblilərimiz

2020-09-28

gun az article

Türkiyə parlamentinin sədri: “Bir an belə tərəddüd etmədən hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik”

2020-09-28

gun az article

Hulusi Akar: “Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”

2020-09-28

gun az article

Ermənistan döyüşlərdə məhv edilən hərbçilərindən 59-nun adını açıqlayıb

2020-09-28

gun az article

Ermənistanın daha iki tankı məhv edilib

2020-09-28

gun az article

Ermənilərin atdığı mərmi Tərtər məhkəməsinin yanına düşüb, ölən və yaralananlar var

2020-09-28

gun az article

Ermənilərin atdığı mərmi Ağdamda yaşayış evlərinə düşüb

2020-09-28

gun az article

Azərbaycanda qismən səfərbərlik elan edilib

2020-09-28

gun az article

MN: Ermənistan tərəfinin Tərtərə hücumları ilə əlaqədar lazımi addımlar atılacaq

2020-09-28

gun az article

Ermənistan tərəfinin itkiləri açıqlanıb

2020-09-28

gun az article

Vaqif Dərgahlı: “Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var”

2020-09-28

gun az article

Ceyhun Bayramov Amerika Dövlət katibinin müavinini cəbhədə baş verənlərlə bağlı məlumatlandırıb

2020-09-28

gun az article

İtalyan parlamentarilər: "Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir"

2020-09-28

gun az article

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib - VİDEO

2020-09-28

gun az article

Ermənilərin atdığı atəş nəticəsində bir ailənin 5 üzvü şəhid olub

2020-09-27

gun az article

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

2020-09-27

gun az article

MN: Düşmən zirehli texnikasını döyüş meydanında qoyaraq qaçır - VİDEO

2020-09-27

gun az article

Dövlət Bahçeli: "Ermənistanın türk milləti qarşısında duruş gətirmək ehtimalı yoxdur"

2020-09-27

gun az article

Azərbaycandan erməni komandanlığına – “Təslim olun!”

2020-09-27

gun az article

Daha bir kənd erməni işğalından azad edildi

2020-09-27