SON XƏBƏRLƏR

Sərdəşt şəhərində alkoqollu içki qaçaqmalçıları ilə qarşıdurmada İran sərhədçisi öldürülüb

2021.10.20, 07:36
Sərdəşt şəhərində alkoqollu içki qaçaqmalçıları ilə qarşıdurmada İran sərhədçisi öldürülüb

Gunaz.tv

GünazTV: İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində alkoqollu içki qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 1 İran sərhədçisi öldürülüb. Bu barədə Qərbi Azərbaycan əyalətinin sərhəd komandanlığı məlumat yayıb.

 

Məlumata əsasən, hadisə iyulun 29-u axşam saatlarında baş verib. Sərdəştdə və onun ətrafındakı bölgələrdə reyd keçirən sərhəd qüvvələri ilə qaçaqmalçılar arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində sərhəd qüvvələrindən olan Həmədan şəhər sakini, sıravi əsgər Hadi Əli Nağı güllə yarası alaraq yerindəcə keçinib. Qaçaqmalçılar hadisə yerindən qaça biliblər. Onlardan qanunsuz olaraq ölkəyə gətirilən külli miqdarda alkoqollu içkilərin aşkarlanaraq götürüldüyü bildirilir.

 

 

Atışmada hər iki tərəfdən yaralıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar