Bunu “Şəhər Təhsil Şurası”nın iclasında Şərqi Azərbaycan əyalətinin Sərəskənk (Həştrud) şəhərinin fərmandarı deyib.
Gunaz.tv
Əmin Aminiyan, Şəhər Təhsil Şurasının iclasında kollektiv idarəçiliyin keçmişi və müsbət keyfiyyətlərindən danışaraq ümumi məqsədlərin həyata keçirilməsi üçün şəhər məclisinin təsdiqlədiyi qərarların yerinə yetirilməsini kollektiv idarəçiliyin ən vacib elementlərindən olduğunu bildirib.
Sərəskənd və Çaroymağın İran Parlamentindəki nümayəndəsi “Seyid Həmzə Əmini”nində iştirak etdiyi toplantıda, Şəhər Təhsil İdarəsinin rəisi Bəhmən Əqdəmi bölgənin təhsil durumundan, məktəblərin şərayiti və onlain təhsil proqramının nəticələrindən danışıb.
“İSNA”nın verdiyi bilgiyə görə, Sərəskənd fərmandarı çıxışında təlim və təhsil sahəsində kadr təyinatının düzgün aparılmaması və bğlgə əhalisinin 26%-nın savadsız olduğunu söyləyib.
Qeyd edək ki, İranda neçə illərdir davam edən dərin iqtisadi böhran nəticəsində bir çox vacib sahələrə, o cümlədən təhsil sahəsinə dövlət büdcəsindən ayrılan illik vəsait əhəmiyyətli dərəcədə azalıb.
Yeni məktəblərin tikintisi, köhnə və dağılmaqda olan təhsil ocaqlarının yenidən qurulması mümkün olmur.
Bu, təhsil səviyyəsinin aşağı düşməsi, imkanlı ailələrin övladlarına normal təhsil vermək üçün daha böyük şəhərlərə köçməsi ilə nəticələnir.
Xüsusilə son bir ildə koronovirus xəstəliyinin yayılması ilə bağlı dərslərin online keçirilməsi ikiqat problem yaradıb. Bir çox bölgələr, özəlliklə kəndlərdə yaşayan məktəblilər internetə çıxış olmadığı üçün təhsildən geri qalıblar.
C.E