SON XƏBƏRLƏR

Sergey Ryabkov: “İran ilə Xəzər dənizində sıx əməkdaşlığımız var”

2021.10.20, 07:36
Sergey Ryabkov: “İran ilə Xəzər dənizində sıx əməkdaşlığımız var”

Gunaz.tv

GünAz TV: Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov «Raisina Dialogue» araşdırma mərkəzində çıxışı zamanı ölkəsinin İranla “sıx əməkdaşlığ”ının olduğunu və iki ölkə arasındakı münasibətlərin Amerikanın sanksiyalarına baxmayaraq, daha da inkişaf etdiriləcəyini vurğulayıb.

 

Ölkəsinin Suriyada İran və Türkiyə ilə tərəfdaşlığına da toxunan Ryabkov bildirib ki, “bu iki ölkə Suriyada, eləcə də Yaxın Şərq regionunda əhəmiyyətli rola sahib olduğuna görə, Rusiya onlarla tərəfdaşlığına davam edəcək”.

 

Rusiyalı diplomat keçmişdə ölkəsinin Türkiyə kimi, İranla da münasibətlərində eniş- yoxuşlar yaşandığını vurğulasa da, hazırda bu münasibətlərin “yüksək səviyyədə” olduğunu deyib: “Rəsmi Moskva və Tehranın iqtisadi, ticari və enerji kimi müxtəlif sahələrdə tərəfdaşlığı daha da inkişaf etdiriləcək və bizim Xəzər dənizində sıx əməkdaşlığımız var”. O, bu “sıx əməkdaşlığ”ın detalları barədə heç nə deməyib.

 

Rusiya Xarici İşlər nazirinin müavini çıxışı zamanı anti-Avropa və Amerika fikirləri ilə də diqqət çəkib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar