SON XƏBƏRLƏR

Sərhədsiz Reportyorlar Təşkilatı: "Koronavirus səbəbindən İranda məhbus jurnalistlərin həyatı təhlükə ilə üz-üzədir"

2021.10.20, 07:36
Sərhədsiz Reportyorlar Təşkilatı: "Koronavirus səbəbindən İranda məhbus jurnalistlərin həyatı təhlükə ilə üz-üzədir"

Gunaz.tv

GünAz TV: Sərhədsiz Reportyorlar Təşkilatı İranda məhkumluq həyatı yaşayan jurnalistlərin koronavirusun yayılması səbəbindən böyük təhlükə ilə üzbəüz olduğu barədə xəbərdarlıq edib.

 

Təşkilatın yaydığı bəyanatda qeyd edilir ki, uzun müddətdir zəruri müalicələri almaq və tibbi xidmətdən yararlanmaq hüququndan məhrum edilən həmin məhkum jurnalistlər koronavirus epidemiyasının İranı bürüməsinə görə ölüm ilə üz-üzə qalıblar.

 

"İran koronavirusa yoluxan məhkumlarla bağlı statistikanı yaymır. Lakin bəzi məhbusların ailələri onların xəstəliyə tutulduğunu deyirlər. İslam Respublikası təkcə virusa yoluxanların sayını gizlətmək sahəsində deyil, siyasi məhbuslarla qeyri-insani hərəkətlər sərgiləməkdə də Çinin yolunu gedir", - deyə bəyanatda vurğulanır.

 

Qeyd etmək lazıdır ki, İran "milli təhlükəsizlik əleyhinə fəaliyyət" kimi saxta ittihamlarla həbs etdiyi güney azərbaycanlı fəallar, eləcə də jurnalistlər, vətəndaş jurnalistlər və insan haqları fəallarını ölkədə koronavirusun kəskin yayılmasına rəğmən, böhranın sona çatacağı zamana qədər azadlığa, ya məzuniyyətə buraxmaqdan imtina edir. Məsələ ilə bağlı həmin məhkumların ailələri də rəsmilərə müraciət ediblar, lakin bu da heç bir nəticə verməyib.

 

Hazırda həbsdə olan jurnalist məhkumlardan Henqamə Şəhidinin koronavirusa yoluxduğu deyilir. Onun vəkilinin sözlərinə görə, xanım Şəhidinin yaxın günlərdə 800 milyon tümənlik mülki vəsiqə qarşılığında Evin zindanının qadınlar bölməsindən məzuniyyətə buraxılacağı gözlənilir. Lakin insan haqları fəalları vəkilin sözlərinin inandırıcı olmadığını bildirirlər. Onlar qeyd edilər ki, koronavirusa yoluxan şəxs təcili olaraq karantinə alınmalı və müalicəsi orda davam etməlidir. Fəalların sözlərinə əsasən, İran rejimi xəstəliyə tutulmuş xanımı həbsxanada saxlayaraq, onun və digər siyasi məhbusların fiziki olaraq yox edilməsinə çalışır. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar