SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əhalisinin 24 faizi şəhər həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində məskunblaşıb

2021.10.20, 07:36
Şərqi Azərbaycan əhalisinin 24 faizi şəhər həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində məskunblaşıb

Gunaz.tv

Gün Az TV: Güney Azərbaycan şəhərləri yoxsulluqdan dolayı kəndlərdən şəhərə üz tutan sakinlərlə bağlı yaranan problemi uzun illərdir həll edə bilmir, onların sayı günü-gündən artır.

 

Şərqi Azərbaycan Valiliyinin ictimai və mədəni işlər üzrə bölümünün rəisi təmsil etdiyi əyalətdə təxminən 500 min insanın şəhər həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşdığını bildirib.

 

“Tabnak” saytının yaydığı məlumata görə, Bədr Şekuhi bu problemdən ən çox əziyyət çəkən iki şəhərin adını da sadalayıb.

Şərqi Azərbaycan əhalisinin 24 faizi şəhər həndəvərində yaşayır. Təbriz və Marağa şəhərlərində sıralama ilə 400 min və 47 min əhali qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb. Bu şəhərlər Şərqi Azərbaycan Əyalətində sözügedən problem üzrə birinci şəhərlərdir.”- deyə o bildirib.

 

Marağa Xacə Nəsir Xeyriyyə Müəssisəsinin rəis müavini Vəhid Seyid Nəqəvi də Marağanın Ənzab məhəlləsində 3 min 328 nəfərdən ibarət 857 ailə və Zeynalabad məhəlləsində 1364 nəfərdən ibarət 364 ailənin yaşadığını bəyan edib.

 

Əyalətin böyük şəhərləri o halda belə bir çıxılmaz vəziyyətlə üzləşib ki, kəndlərdə insanların rifah halı və yaşayış səviyyəsi yaxşılaşmayana qədər bu problem davam edəcək və gün keçdikcə vəziyyət daha da kontroldan çıxacaq. Bu problem yalnız kənd və kiçik şəhərlərdə əkinçilik və heyvandarlıq kimi işlər inkişaf etdiriləcəyi təqdirdə qismən də olsa öz həllini tapa bilər.

 

Ekspertlərin fikrinə görə, şəhər həndəvərində qeyri-rəsmi şəkildə yaşamaq yoxsulluq və mühacirət amilləri ilə bağlıdır. Belə məntəqələrdə əhalinin gəlir və nəticə etibarı ilə savad səviyyəsi aşağı olur, ona görə də insanların bir çoxu müxtəlif qanunsuz işlərlə məşğul olur. Azyaşlı uşaqlar işə cəlb olunur və müxtəlif cinayətlər baş verir. Bir sözlə desək şəhər həndəvərindəki yaşayış məntəqələrində ictimai, iqtisadi və mədəni baxımdan bir çox problem yaşanır. Bütün bunlar böyük şəhərin çıxılmaz vəziyyətə düşməsinə səbəb olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar