Şərqi Azərbaycan Ətraf Mühitin Qorunması İdarəsinin rəisi: Əndəryan qızıl mədəni bağlanmalıdır!

2021-01-29 12:08

“Bu mədən nə qədər tez qapadılsa bir o qədər yaxşıdırr. İş yerlərinin açılması, maddi gəlir və bu kimi başqa maraqlar insanların sağlamlığından üstün ola tutulmamalıdır.”

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri Şərqi Azərbaycan Ətraf Mühitin Qorunması İdarəsinin rəisi mətbuat Təbriz Universitetindəki çıxışında səsləndirib.

 

Təbriz Universitetində “Şərqi Azərbaycanda ətraf mühit” problemləri ilə bağlı düzənlənən toplantıda çıxış edən Həsən Abbasnəjad “Əndəryan” qızıl mədənindəki ətraf mühit böhranı haqqında deyib:

 

“Açıq şəkildə bildirirəm ki, bölgənin topoqrafik şərtləri səbəbindən “Əndıryan” mədəninin bölgədə istismara verilməsi kökündən yanlış idi.

 

Çünki bölgənin geoloji şərtlərinə görə orada istixrac olunan maddələrin qalaqlanması risklidir. Heç bir mədən və ya sənaye müəssisəsi ətraf mühiti çirkləndirmədiyini iddia edə bilməz”.

 

Ətraf mühiti Qoruma İdarəsinin rəisi qızıl mədəninin ciddi çirkənmənin əsas amili kimi bölgədə mal-heyvanların kütləvi ölümünə səbəb olan siyanor maddəsindən istifadə etdiyini, bəlgə əhalisinin buna etirazlarının tamamilə haqlı olduğunu söyləyib.

 

Abbasnəjad “Ətraf Mühitin Qorunması İdarəsi”ndən icazə almadan mədənin fəaliyyətə başladığını, problemlər gündəmə gəldikdən sonra icazə ilə bağlı idarəyə müraciə olunduğunu vurğulayıb.
 

 

İdarə rəisi mədən rəhbərliyinin bölgədə törətdiyi ekoloji fəsadları aradan qaldırmağa və əhaliyə dəyən ziyanları ödəməyə borclu olduqlarını deyib.

 

Xatırladaq ki, Vərziğanın “Əndəryan” qızıl yatağı Orta Doğunun ən böyük qızıl yataqlarından biri sayılır. Buna baxmayaraq, Vərziqan şəhəri zəngin mis və qızıl mədənlərinə və digər təbii sərvətlərə malik olmasına baxmayaraq, bu məntəqə zəruri və ibtidai şəhər infrastrukturundan məhrumdur və şəhərin kasıb əhalisi işsizlik və yoxsulluq problemi ilə üz-üzə qalıb.

 

Qeyd edilir ki, yerli əhali yoxsulluq içində yaşadığı bir halda Vərziqanın mis və qızıl mədənlərindən əldə edilən sərvət İranın mərkəzi və cənub bölgələrinə daşınır və həmin bölgələrdə yaşayan farsdilli əhalinin rifahı üçün sərf edilir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21