Şərqi Azərbaycan əyalətində toyuq əti qıtlığı davam edir

2021-03-10 12:35

Son günlər ərzində İranda toyuq ətinin qiymətinin artması ilə şəhərlərdə toyuq əti qıtlığı yaranıb. Təbrizdə vətəndaşlar saatlarla sırada gözlədikdən sonra şəxsiyyət vəsiqəsi göstərib dondurulmuş toyuq ala bilir.

Gunaz.tv Quote | Gunaz article

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycanın Kənd Təsərrüfatı, Sənaye, Mədən və Ticarət Təşkilatı rəsmilərinin gündəlik 230 ton toyuq ətinin kəsilməsinə dair açıqlamalarına baxmayaraq, əyalət və xüsusən Təbriz bazarında bu məhsulun qıtlığı hələ də davam edir.


"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, son günlərədə sosial mediada yayılan şəkillər və videolarda toyuq almaq istəyən vətəndaşların uzun növbələrdə gözlədiyi müşahidə olunur. Pandemiya dövründə vətəndaşların ərzaq ehtiyaclarını təmin etmək üçün izdihamlı məkanlarda saatlarla gözləməsi narahatlıqlara və tənqidlərə səbəb olub. Digər tərəfdən, Şərqi Azərbaycan əyalətinin ölkədə toyuq və yumurta istehsalında ön sırada olması son günlər yaranmış vəziyyətin müəmmalı tərəfini əks etdirir.


İranda toyuq ətinin qiymətinin qəfil artmasından sonra Təbriz şəhərində əhalinin ehtiyac duyduğu bu əsas məhsulun qıtlığı problemi yaranıb; ət məhsullarının satıldığı mərkəzlərin bir çoxunda toyuq əti yoxdur.


Şərqi Azərbaycan kənd təsərrüfatı idarəsinin baş direktoru son günlərdə vilayətdə quşçuluq istehsalının keçən illə müqayisədə artdığını açıqlayıb. Eyni zamanda, toyuq əti istehsalı ilə bağlı heç bir problemin olmadığını bildirilib.


Təxminən bir həftə əvvəl bazar tənzimləmə qərargahı tərəfindən elan toyuq əti üçün təyin edilən 20 min tümən qiymət tədricən artaraq, müştərilər üçün bir kiloqram üçün 33 min tümənə yüksəlib. Bəzi mənbələrə görə, Təbrizin yuxarı məhəllələrində toyuq ətinin qiymətin 40 min tümənə qədər yüksəldiyi qeyd edilir.


İranda iqtisadiyyatla bağlı təhlillər yayımlayan saytlar 20 min 400 tümən qiymət təyin edilməsinin ardından toyuq istehsalçılarının bundan narazı qalaraq, kəsilən toyuqların sayını azaltdığı haqda məlumat verib. Bu isə bazarda kifayət qədər toyuq ətinin olmamasına səbəb olub.


İran mətbuatına danışan Təbriz qəssablar birliyinin rəhbəri verdiyi bir müsahibədə Təbrizdən və Şərqi Azərbaycandan Tehran kimi böyük şəhərlərə toyuq qaçaqmalçılığının vilayətdə toyuq əti qıtlığına səbəb olduğunu iddia edib.


Səlahiyyətli məmurların əyalətdə gündəlik 230 ton toyuğun kəsilməsi ilə bağlı elanına baxmayaraq, vəziyyəti izləyən fəallar gündə yalnız 35 ton toyuğun kəsildiyini və bazara tədarük edildiyini bildirir.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19