SON XƏBƏRLƏR

“Şərqi Azərbaycan millət vəkilləri birliyi”-nin sədri Tirəxtur komandasını müdafiə edərək Milli Sərdar Səttarxanı yad edib

2021.10.20, 07:36
“Şərqi Azərbaycan millət vəkilləri birliyi”-nin sədri Tirəxtur komandasını müdafiə edərək Milli Sərdar Səttarxanı yad edib

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın Əhər şəhərinin İran Parlamentində ki millət vəkili cənab Qulamhüseyn Məsudi Reyhani bildirib ki, tarix boyu Azərbaycanın adı qəhrəmanlıqlar sırasında çəkilib. Azərbaycan Qəhrəmanlar beşiyi olub və olacaqdır. hamı yaxşı xatırlayır ki Səttarxanlar və Səqətülislamlar Məşrutiyyət İnqilabının səmasında necə parlaq uzduz kimi parlayıblar. Elə ki Məşrutə inqılabını Azərbaycansız təsəvvür belə etmək olmaz. O sözlərinin dəvamında bəyan edib ki, hazırda Tirəxtur Komandasının kimliyi Azərbaycanın kimliyi ilə çulqanıb. biz qəbul etməliyik ki Tirəxturun kimliyi Azərbaycanın kimliyidir. O Tirəxtur tərəfdarlarının nəcibliyi və yüksək ruhundan danışaraq onları Tirəxturu dəstəkləməyə təşviq edib. Reyhani vurqulayıb ki, bu qədər tərəfdarla komandanın klubunu idarə etmək çətin deyil, ona gorə ki hər tərəfdar aylıq 1 dolar (1000 tümən) verərsə artıq Tirəxturu ölkə daxilində deyil hətta Asiya və Beynəlxalq səviyəyə yüksəldmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar