Şərqi Azərbaycan Musiqi Dərnəyindən etiraz: "“Musiqili piano” yerinə qaytarılsın"

2021-04-02 15:26

​​​​​​​Şərqi Azərbaycan Musiqi Dərnəyi Təbriz Universitetinin meydanından “Musiqili piano” qurğusunun sökülməsinə etiraz edib.

Gunaz.tv Quote | Gunaz article

Qurum şəhər rəhbərliyini bu qurğunu əvvəlki yerinə qaytarmağa çağırıb.

Şərqi Azərbaycan Musiqi Dərnəyi  “Musiqili piano”nun sökülməsini "qəribə və ağlasığmaz bir hadisə" adlandırıb, olayı geniş ictimaiyyətə, xüsusən mədəniyyət, incəsənət adamlarına qarşı hörmətsizlik kimi dəyərləndirilib və bunun sənətçilərin heyrət və etirazına səbəb olduğunu bildirib.

"Şərqi Azərbaycan Musiqi Dərnəyi əyalətdə əsil musiqi sənətinin əsas qoruyucusu olaraq bu tələsik qərara kəskin etiraz edir və məsələ ilə bağlı yaranan suallara səlahiyyətli orqanlardan cavab istəyir”-qurumun "İnstagram” səhifəsində yayınlanan bəyanatda deyə deyilir.

Bəyanatda elemanın sökülməsilə bağlı bu günə kimi verilən açıqlamaların qənaətbəxş olmadığı, universitetin yaxınlığında yerləşdiyi üçün“Musiqili piano”nun quraşdırıldığı yerin çox uyğun məkan olduğu bildirilir.

Qeyd olunur ki, “Musiqili piano”nun sökülməsi zamanı azlıqda olan bir qrupun istəyi əsas götürülüb, Təbriz əhalisinin, özəlliklə incəsənət, mədəniyyət xadimlərinin rəyi nəzərə alınmayıb.

Bəyanatın sonunda şəhər rəhbərliyindən “Musiqili piano”nun yerinə qaytarılması tələb edilir.

Qeyd edək ki, martın 28-də Təbriz Universitetinin yaxınlığındakı meydanda quraşdırılan və təbrizlilərin rəğbətilə qarşılanan “Musiqili piano” bir gün sonra mühafizəkarların və Təbrizin cümə imamının təzyiqləri nəticəsində sökülüb. 

Bu bir çox təbrizlilərin, xüsusilə incəsənət və mədəniyyət xadimlərinin ciddi narazılığına səbəb olub və sosial mediada bununla bağlı ciddi etiraz kampaniyası başladılıb.

Şəhər rəhbərliyi verdiyi açıqlamada bunu təxribat və iğtişaş yaratmaq cəhdləri kimi qiymətləndirib və əlaqəli şəxslərin cəzalandırılacağı barədə xəbərdarlıq edib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18