SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi baş məşqçi Rəsul Xətibinin ünvanına söyüş səsləndirən “Perspolis” tərəfdarlarının cəzalandırılmasını istəyib

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisi baş məşqçi Rəsul Xətibinin ünvanına söyüş səsləndirən “Perspolis” tərəfdarlarının cəzalandırılmasını istəyib

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, 19-cu super liqa yarışlarının 9-cu həftəsində Təbrizin “Maşınsazi” komandası Tehranın “Perspolis” klubunun qonağı olub. Cümə axşamı günü Azadi stadionunda keçirilən görüşdə ev sahibinin azarkeşləri Azərbaycan türk milləti və “Maşınsazi”nin baş məşqçisi Rəsul Xətibinin anasının ünvanına təhqiramiz söyüşlər səsləndiriblər.

 

Hadisədən bir gün sonra Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi irqçilərin utancverici hərəkətinə münasibət bildirərək onların cəzlandırılmasını tələb edib.

 

Bu barədə Təbriz Bağşəhr Layihəsinin açılışı mərasimində çıxış edən vali şəhid ailəsinə qarşı edilən aşağılayıcı hərəkəti kəskin pisləyib.

“İdman məkanları cəmiyyətin dostluq səhnəsi olmalıdır. Ölkə və əhalinin təhlükəsizliyi və sakit həyat yaşaması üçün iki şəhid verən ailənin ünvanına təhqiramiz ifadələrin işlədilməsi qəbuledilməzdir.  Burada güzəştə getməyə yer yoxdur. Bu hərəkətə yol vernlər səlahiyyətli orqanlar, xüsusi ilə də məhkəmə orqanları və Futbol Federasiyası tərəfindən cəzalandırılmalıdır.”- deyə o bildirib.

 

Məhəmmədrza Purməhəmmədi baş verən hadisəyə görə  Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinə şikayət etməklə bağlı göstəriş verdiyini də bəyan edib.

 

Qeyd edək ki, cümə günü Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəsmisi baş verən hadisəyə görə Futbol Federasiyasına rəsmi şikayət edildiyini açıqlamışdır.

 

Xatırladaq ki, “Perspolis”in irqçi tərəfdarları bundan əvvəlki görüşlərdə olduğu kimi, cümə günü keçirilən görüşdə növbəti dəfə aşağılayıcı hərəkətlərə yol verib, Azərbaycan komandasının sevimli baş məşqçisi Rəsul Xətibinin anasının ünvanına küçə söyuşləri söyüblər.

Futbol Federasiyasının bu məsələyə müdaxilə etməsini tələb edən Rəsul Xətibi baş verən hadisə ilə bağlı  mətbuata açıqlama verib və bir video paylaşmışdır.

“Bütün azarkeşlər mənim anamı söydülər. Mənim anam iki şəhid və iki müharibə əlili anasıdır. Əgər ölkədə təhlükəsizlik təmin olunursa, bu şəhidlər və oğlunu məmləkəti və stadionları qorumaq üçün müharibəyə göndərən anaların sayəsində mümkün olub.”- deyə Rəsul Xətibi bildirib.

 

https://www.youtube.com/watch?v=U9kZKa5OtN0

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar