SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisinin “Təbriz 2018” Mərkəzindəki səlahiyyətli nümayəndəsi istefa verib

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisinin “Təbriz 2018” Mərkəzindəki səlahiyyətli nümayəndəsi istefa verib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan valisinin “Təbriz 2018” Mərkəzindəki səlahiyyətli nümayəndəsi idarəçilik və icra işlərinin dalana dirəndiyindən istefa verib.

 

Mir Əliəsğər Əlmusəvi iyulun 17-də yaydığı bəyanatda istefasının səbəbini açıqlayıb.

 

“Açıq şəkildə elan edirəm ki, istefamın əsas səbəbi idarəçilik və icra işlərinin dalana dirənməsidir. Buna maddi və mənəvi imkansızlıq, həmçinin rəsmi idarələrin fəaliyyətimizi sistemli şəkildə müşayiət etməməsi səbəb olub”- deyə bəyanatda qeyd olunub.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib.

 

Əslində bu şəhər 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul etməli idi, lakin İran rejimi layihəyə xüsusi büdcə vəsaiti ayırmadığı üçün gözlənilən nəticə əldə olunmur. Hətta 2018-ci ilin əvvəlində keçirilməli olan açılış mərasimi müxtəlif bəhanələrlə bir neçə dəfə təxirə salındı və nəhayət aprel ayında prezident Həsən Ruhaninin iştirakı ilə keçirildi. Son günlərdə isə elektrik enerjisinin tez-tez kəsilməsi şəhərdə həyatı iflic edib, şübhəsiz ki, bu problem turistlərin də narahatlığına səbəb olur. Bütün bunlar “Təbriz 2018” Mərkəzində vicdanla çalışan yerli məsulları narahat edir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar