Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası türklərin “Perspolis” tərəfdarları tərəfindən təhqir edilməsinə etiraz edən bəyanat yayıb

30.01.2020, 13:22

GünAz TV: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının Vətəndaş Haqları və İnsan Hüquqları Komissiyası İran stadionlarında türk vətəndaşlarının ardıcıl olaraq təhqir edilməsi haqda beyanat yayıb.


Bəyanatda yanvarın 26-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüş və oyundan sonra baş verən təhqiramiz hərəkətlərə kəskin etiraz edilib.


Bəyanatda idmanın insanlar arasında dostluq və birliyə xidmət etməsi fəlsəfəsi xatırladılaraq bir neçə önəmli məsələyə işarə olunub.

"-Bütün tənqidlərə baxmayaraq paytaxtın bəzi komandalarının xərci ümumi büdcədən təmin olunur. Ən azından, nəzərdə tutulan vəsait yalnız baş məşqçi və ya oyunçu transfer etməyə yönəlməməlidir, Gənclər və İdman Nazirliyi komandaların tərəfdarlarının mədəniyyəti barədə də müəyyən tədbirlər almalıdır.


-Gənclər və İdman Nazirliyi ayrı-seçkiliyə yol verməyərək məsələyə milli baxışla baxıb və bütün bölgələrdə idmanın inkişaf etməsinə şərait yaratmalıdır.


-Teleradio Şirkəti milli kütləvi informasiya vasitəsi kimi, bütün bölgələrə eyni gözlə baxmalı, nifrət, istək və şəxsi arzularını peşə fəaliyyətinə qarışdıran aparıcı və reportyorlardan istifadə etməməlidir.


-Ölkə parlamenti qövmlər və irqləri təhqir edənlərin cəzalandırılmasına dair qanun təsdiqləməli, eləcə də qanunun icra olunması barədə lazımi addımlar atmalıdır.


-Sosial şəbəkələrdə bir neçə gəncin təhqiramiz hərəkət nümayiş etdirməsi İranda multikulturalizm və çoxmillətli camiənin inkar edilməsini göstərir. Hesab eliyirik ki, təhsil sistemində digər qövmlərin hüququnun təmin olunmaması və ana dili ilə bağlı konstitusiyada qeyd olunan maddənin icra olunmaması müəyyən ixtilaflara səbəb olur. Ona görə də, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının Vətəndaş Haqları və İnsan Hüquqları Komissiyası qeyd olunan tələbləri irəli sürməklə yanaşı baş verən hadisələrinin səbəbini araşdırmaq və nəticəni aidiyyatı orqanlar və ictimaiyyətə çatdırmaqla əlaqədar tədbirlər keçirməyi özünə vəzifə bilir.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.


Bazar günü Azadi stadionda keçirilən görüş zamanı yol verilən irqçi hərəkətlərlə bağlı daha ətraflı məlumat almaq üçün aşağıdakı xəbərləri oxuya bilərsiniz:


“Perspolis” azarkeşlərindən “Traxtur” tərəfdarları və Azərbaycan türk millətinə qarşı inanılmaz təhqiramiz hərəkət – VİDEO

“Traxtur” klubunun sahibi və klub rəsmilərindən “Perspolis” tərəfdarlarının təhqirlərinə etiraz

“Perspolis” tərəfdarlarının Azərbaycan türk millətinə qarşı təhqiramiz şüarlarını əks etdirən daha bir VİDEO


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22