SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 28 nəfərin koronavirusa yoluxduğu qətiləşib

2021.10.20, 07:36
Şərqi Azərbaycanda 28 nəfərin koronavirusa yoluxduğu qətiləşib

Gunaz.tv

GünAz TV: Təbriz Tibb Universitetinin rəisi Şərqi Azərbaycanda koronavirusun geniş yayıldığını bildirərək artıq 28 nəfərin virusa yoluxduğunu diqqətə çatdırıb.

 

Məhəmməd Hüseyn Somi bu barədə bazar günü axşam saatlarında jurnalistlərə məlumat verib.

 

“Şənbə günündən daha 13 nəfərin koronavirusa yoluxduğu məlum olub. Bununlada əyalətdə 28 nəfərin virusa yoluxduğu qətiləşib.”- deyə o bildirib.

 

Universitet rəisi Şərqi Azərbaycanda bu günədək 3 nəfərin koronavirusdan öldüyünü, iki nəfərin isə ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb.

 

Ekspertlərin fikirinə görə, İranda koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur. Lakin rejim bu barədə doğru məlumat vermir. Təhlükəli virus daşıyıcılarının sayını gizlətmək ölkədə yaranan təhlükəli vəziyyəti daha da dərinləşdirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar