SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 680 nəfər yol qəzalarında ölüb

2021.10.20, 07:36
Şərqi Azərbaycanda 680 nəfər yol qəzalarında ölüb

Gunaz.tv

GünAz TV: 8 ay ərzində Şərqi Azərbaycan yollarında baş verən yol-nəqliyyat hadisələrində 680 nəfər ölüb, 13 mindən çoxu isə müxtəlif dərəcəli bədən xəzarəti alıb.

 

Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Artın Kəmali “Fars” xəbər agentliyinə danışıb.

“Əyalətin Tibbi Ekspertiza Mərkəzlərində olan məlumata görə, ilin (İranda yeni il Novruz bayramından başlayır) birinci 8 ayında 680 nəfər yol qəzalarında həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə hansı ki, 575 ölüm faktından ibarət olub, təxminən 18 faiz artım göstərir”- deyə o bildirib.

 

Onun sözlərinə görə, bu müddətdə yol qəzalarında ölənlərdən 547-i kişi, 133-ü isə qadın olub.

 

A.Kəmali əlavə edib ki, 8 ay ərzində 13 min 183 nəfər Şərqi Azərbaycan yollarında baş verən qəzalarda müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artım göstərməkdədir.

 

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisinin sözlərinə görə, ötən il (hicri-şəmsi təqvimi ilə 1396-cı il) əyalətdə 790 nəfər yol qəzalarının qurbanı olub, 16 min 364 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə önləyici tədbirlər almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar