Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22 10:20

İranda koronavirusun dördüncü dalğasının başlamasından, yoluxanların və ölənlərin sayının çoxalmasından sonra hokumət bu barədə məlumatı bir mərkəzdən və dəyişdirilmiş formada verməyə başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Təbrizin Tibb Elmləri Universitetinin rektor müavini Abbasəli Dürüsti mətbuata verdiyi açıqlamada Şərqi Azərbaycan əyalətində hər gün ortalama 350 nəfərin koronovirusa yoluxduğunu bildirib.

O, bu gün iyunun 22-də verdiyi açıqlamada əyalətdə son 24 saatda 9 COVİD-19 xəstəsinin öldüyünü bildirərək, əyalətdə gündəlik koronovirus qurbanlarının sayının 10 nəfər civarında olduğunu açıqlayıb.

İranda koronavirusun dördüncü dalğasının başlamasından, yoluxanların və ölənlərin sayının çoxalmasından sonra hökumət bu barədə məlumatı bir mərkəzdən və dəyişdirilmiş formada verməyə başlayıb.

Bir müddət öncə Təbriz Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru doktor Simin Xəyyatzadə koronavirusun dördüncü dalğasının başlaması ilə əlaqədar Şərqi Azərbaycan xəstəxanalarında yer çatışmazlığı yarandığını demişdi.

Xəyyatzadə, koronovirusa yoluxanların xəstəxanalara axın etdiyini, yeni yoluxanları xəstəxanalara qəbul etməyin mümkün olmadığını və ağır durumda olan xəstələrin sayının günbəgün artdığını bildirmişdi.

Bununla yanaşı iyunun 5-də Təbriz Tibb Elmləri Universitetinin Səhiyyə Xidmətləri üzrə rektor müavini Ruzbeh Rəcayi əyalət xəstəxanalarında 850 COVİD-19 xəstəsinin müalicə olunduğunu, onlardan 262-nin reanimasiya şöbələrində yerləşdirildiyini, 115-nin isə süni tənəffüs aparatına qoşulduğu barədə açıqlama vermişdi.

May-iyun aylarında Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxma və ölüm sayı ilə bağlı heç bir dqiq statistika verilməsədə, əlaqədar məsullar bir neçə dəfə yoluxma və ölüm sayının çox olduğunu, gündəlik ğlüm hallarının 20-25 arası dəyişdiyini bildiriblər.
Qeyd edək ki, ölkə əyalətləri üzrə, o cümlədən Güney Azərbaycanla bağlı yarımçıq da olsa koronavirus statistikası verilir. 

Lakin bir neçə həftədir ki, Şərqi Azərbaycan əyalətində COVİD-19-a yoluxanlar və bu səbəbdən vəfat edənlər barədə heç bir məlumat verilmir.

Bir neçə gün öncə Təbrizin Tibb Elmləri Universiteti tərəfindən yayılan məlumatda gündə ortalama 20 nəfərin koronavirusdan dünyasını dəyişdiyi bildirilmişdi. Ondan sonra əyalətdə yoluxma və ölü sayı ilə bağlı heç bir məlumat yayınlanmayıb.

İranda koronavirusun dördüncü dalğasının başlamasından, yoluxanların və ölənlərin sayının çoxalmasından sonra hökumət bu barədə məlumatı bir mərkəzdən və dəyişdirilmiş formada verməyə başlayıb.

Ruzbeh Rəcayinin son açıqlamasından Şərqi Azərbaycan əyalətinin koronavirusa yoluxma, xəstəxanalara yerləşdirmə və ölüm sayına görə əyalətlər üzrə ilk yerlərdən birini tutduğu, cəmiyyət nisbətinə görə isə birinci yerdə olduğu aydın olur.

Buna baxmayaraq, İran hökuməti və əyalət rəhbərliyi fəlakətli durum haqqında xalqa məlumat verməkdən və statistikanı açıqlamaqdan boyun qaçırırlar.

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

 Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmazlığı yaranıb

 

Şərqi Azərbaycanda koronavirus tüğyan edir: Son sutkada 25 nəfər vəfat edib


Şərqi Azərbaycan üzrə koronavirus statistikası gizlədilir

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21